Özbəkistan millimizə rəqib oldu

Özbəkistan millimizə rəqib oldu
XƏBƏR 8 Yanvar 2010 / 23:55 1815
-  A +

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, Rusiya və Özbəkistan milliləri arasında baş tutan son matçın ardınca millimizin beşinci yer uğrunda qarşılaşmadakı rəqibinin adı məlum olub. Gözlənildiyi kimi, bu, Özbəkistan millisi olub. Rusiyaya 4:1 hesabıyla uduzan asiyayılar bundan əvvəl Belçikaya da yeniliblər. Yalnız Belarus üzərində qələbə qazanan Özbəkistan milli komandası qrupu 3 xalla üçüncü yerdə tamamlayıb.
Xatırladaq ki, millimiz Ukrayna və Finlandiya ilə heç-heçə oynayıb, Türkiyə millisinə isə uduzub.
Turnirin həlledici qarşılaşmasında meydan sahibləri Ukraynanı, üçüncü yer uğrunda görüşdə isə Türkiyə millisi Belçikanı sınağa çəkəcək. Qrup sonuncuları olan Finlandiya və Belarus isə yeddinci yer uğrunda yarışacaqlar. Bütün görüşlər yanvarın 10-da keçiriləcək.  

Daha çox


Son xəbərlər