Çempionlar Liqasında bütün 1/4 finalçılar müəyyənləşdi

Çempionlar Liqasında bütün 1/4 finalçılar müəyyənləşdi
DÜNYA FUTBOLU 17 Mart 2016 / 02:41 12442
-  A +

Bu gün keçirilən iki oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə "Barselona" və "Bavariya" klubları 1/4 finala vəsiqə qazanıb.

Bununla da, 1/4 finalın bütün iştirakçıları müəyyənləşib. Beləliklə, ÇL-in 1/4 finalında mübarizə aparacaq 8 komanda bunlardır:

"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Volfsburq" (Almaniya), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya)

Qeyd edək ki, 1/4 finalın püşkü cümə günü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 


Son xəbərlər