"Udineze" baş məşqçisini qovdu

"Udineze" baş məşqçisini qovdu
DÜNYA FUTBOLU 14 Mart 2016 / 18:36 2539
-  A +

İtaliya A Seriya təmsilçisi "Udineze" klubu baş məşqçisi Stefano Kolantuono ilə yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın cari mövsümkü uğursuz çıxışı səbəb olub.

A Seriyasının son 11 turunda cəmi bir qələbə qazanan "Udineze" turnir cədvəlinin 16-cı pilləsinə yuvarlanıb. Hazırda komandanı təhlükəli zonadan cəmi 4 xal ayırır.

Gedişatdan narazı qalan rəhbərlik Kolantuono ilə yolları ayırmaq qərarına gəlib. Baş məşqçi vəzifəsinə Paulo di Kanionun gətiriləcəyi gözlənilir.


Son xəbərlər