“Çox istərdim ki, çempionatdakı bütün oyunlar belə olsun”

XƏBƏR 26 Dekabr 2009 / 17:23 1673
-  A +

“Çox maraqlı oyun oldu. Bugünkü qarşılaşma baxımlı alındı”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Turan”ın məşqçisi Sakit Alıyev deyib. Alıyev komandasının növbəti ildə daha yaxşı çıxış etməyə çalışacağını bildirib: “Çox istərdim ki, çempionatdakı bütün oyunlar belə olsun. Bu, 2009-cu ildə keçirdiyimiz son oyun oldu. Qarşıdan gələn ildə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Xatırladaq ki, “Turan”ın baş məşqçisi Nizami Sadıqov cəzalı olduğundan mətbuat konfransında onu köməkçisi əvəz edib. 

Daha çox


Son xəbərlər