"Xəzər Lənkəran" Salyana oyun günü yollanacaq

"Xəzər Lənkəran" Salyana oyun günü yollanacaq
XƏBƏR 22 Dekabr 2009 / 12:34 1635
-  A +

Cümə axşamı Premyer Liqanın XVII turunda Salyanda "Muğan"ın qonağı olacaq "Xəzər Lənkəran" oyunun hazırlıqlarına start verib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran şəhər mərkəzi stadionunun ehtiyat meydançasında hazırlıq keçən cənub təmsilçisi sabah günorta elə həmin məkanda oyunöncəsi son məşqinə çıxacaq. Qeyd edək ki, Ağasəlim Mircavadovun yetirmələri Salyana oyun günü yollanacaq. "Muğan"la oyundan sonra istirahətə buraxılacaq komanda yanvarın 11-də Bakıda toplaşacaq. Yanvarın 12-28-i aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək "Xəzər Lənkəran" hazırlıq dövrü ərzində üç yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Qeyd edək ki, "Xəzər Lənkəran"ın yanvarın 23-də Rusiyanın "Spartak" (Moskva) klubu ilə qarşılaşacağı dəqiqdir.

Son xəbərlər