Vaqif Sadıqov: "Belə bir hal "Neftçi"nin adına xələl gətirə bilər"

Vaqif Sadıqov: "Belə bir hal "Neftçi"nin adına xələl gətirə bilər"
PREMYER LİQA 20 Dekabr 2009 / 16:36 3050
-  A +

"Bu mövsüm ilk dəfədir ki, komandamın oyunundan razı qaldım. Futbolçularım əzmkarlıq göstərdilər. "Altılığ"a düşə bilmək üçün mübarizəmizi davam etdirəcəyik. Rəqibimiz "Standard" haqqında xoş sözlər deyə bilərəm. Sumqayıt təmsilçisi heç bir komandaya asan təslim olmur". Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın bu gün keçirilən "Neftçi" - "Standard" matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov komandasının vurduğu ikinci qolda fair-play qaydalarının pozulması haqqında fikirlərə isə belə münasibət bildirib: "Mən o epizodu görmədim. Əgər belə bir hal baş veribsə, bu ancaq "Neftçi"nin adına xələl gətirə bilər.

Son xəbərlər