“Simurq” Bərdəni seçdi

XƏBƏR 18 Dekabr 2009 / 18:00 1765
-  A +

“Qarabağ”la oyununu hazırlıqlarını doğma rayonda davam etdirən "Simurq" səfərə sabah çıxacaq. Qol.Az-ın Zaqatala klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün və sabah bir məşqə çıxacaq komanda günorta saatlarında Bərdəyə yola düşəcək. Oyunun keçiriləcəyi Quzanlı qəsəbəsində şərait olmadığı üçün "Simurq" qonşu Bərdədə məskunlaşacaq.
 Son məşqləri buraxan Kaxabar Çxetiani, Vüsal Qarayev və Vitali Postranskinin zədələri davam edir. Bu futbolçulardan yalnız sonuncunun bazar günü meydana çıxmaq ehtimalı var, lakin şanslar olduqca azdır. Böyük ehtimalla, "Qarabağ"la görüşdə "sarı-qaralar"ın qapısını gənc Fuad Əhmədov qoruyacaq.


Son xəbərlər