“Qəbələ” Elçin Məmmədovdan fakt istəyir

XƏBƏR 10 Dekabr 2009 / 13:02 1687
-  A +

“Elçin Məmmədovun əlində fakt varsa, qoysun ortaya. Yoxdursa, boş-boş danışmağın nə mənası var?” Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov hakim Elçin Məmmədovun komandasının “İnter”ə ötən mövsüm ölkə kubokunda bilərəkdən uduzması barədə verdiyi açıqlamaya münasibət bildirərkən deyib. F.Nəcəfovun sözlərinə görə ötən mövsüm kubok oyununda komandasının “İnter”ə böyükhesabla uduzmasının günahkarı məhz Elçin Məmmədovdur: “Həmin oyunda “İnter” bizdən həqiqətən güclü oynadı və layiqli qələbə qazandı. Amma bizim məhz böyükhesabla uduzmağımızın günahkarı Elçin Məmmədovdur. Çünki o qapımıza heç nədən penalti verdi. Vurduğumuz iki qolu isə hesaba almadı”. 

Daha çox


Son xəbərlər