Mübariz Mənsimovdan hər futbolçuya 15 min manatlıq mükafat

Mübariz Mənsimovdan hər futbolçuya 15 min manatlıq mükafat
DÜNYA FUTBOLU 23 Noyabr 2009 / 12:46 2285
-  A +

Türkiyə Superliqasının 13-cü turunda “Fənərbaxça” üzərində qazandığı 3:0 hesablı qələbə “Beşiktaş” komandasının futbolçularını zəngin edib. Türkiyənin “Fanatik” qəzetinin verdiyi məlumata görə, derbidə qalib gələn “qartallar” “pul yağmuru”na tutulub. Klub prezidenti Yıldırım Dəmirörən hər bir futbolçuya 20 min lirə (10 min manat) mükafat verib. 2010-cu ildə keçiriləcək seçkidə Dəmirörənin siyahısında yer alacağı dəqiqləşən azərbaycanlı iş adamı Mübariz Mənsimov isə hər oyunçuya 30 min lirə (15 min manat) ödəyəcək.

Mənbə: lent.az


Son xəbərlər