“Beşiktaş” “Fənərbaxça”nı darmadağın etdi

“Beşiktaş” “Fənərbaxça”nı darmadağın etdi
DÜNYA FUTBOLU 22 Noyabr 2009 / 00:07 2495
-  A +

Bu gün Türkiyə Superliqasında möhtəşəm İstanbul derbisi oynanılıb. Qol.Az-ın məlumatına görə, “Beşiktaş” “İsmət İnönü”də “Fənərbaxça”nı qəbul edib. Oyundan əvvəl mütəxəssislər üstünlüyü “Fənərbaxça”ya versələr də, “Qara qartal” möhtəşəm oyunuyla proqnozları al-üst edib. Çoxlarının gözləmədiyi halda, “Beşiktaş” əzəli rəqibinə 3:0 hesabıyla qalib gəlib. Qollara Fink (55), Bobo (58) və Uğur İnceman (84) imza atıblar. “Fənərbaxça”nın heyətində 75-ci dəqiqədə Kolin Kazım qırmızı vərəqə alaraq, meydandan qovulub.
Bununla da, “Fənər” cari mövsümdə ikinci yenilgisini alıb. Sabah qələbə qazanacağı halda “Qalatasaray” əzəli rəqibi ilə xallarını bərabərləşdirəcək. “Beşiktaş” isə xallarının sayını 27-ə yüksəldərək, üçüncü pillədəki yerini qoruyub.   


 


Son xəbərlər