Hollandiya millisinin heyəti açıqlandı

Hollandiya  millisinin heyəti açıqlandı
DÜNYA FUTBOLU 22 Avqust 2015 / 12:05 6036
-  A +

Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsində İslandiya və Türkiyə ilə oyunlar üçün genişləndirilmiş heyəti açıqlanıb.

Qol.Az-ın Hollandiya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, millinin yeni məşqçisi Danni Bilind yığmaya 31 futbolçu dəvət edib.

Qapıçılar: Kennet Fermer ("Feyenoord"), Yasper Silessen ("Ayaks"), Tim Krul ("Nyukasl"), Yerun Zur (PSV)

Müdafiəçilər: Ceffro Bruma (PSV), Virgil van Datk ("Seltik"), Terens Konqolo ("Feyenoord"), Bruno Martind İndi ("Portu"), Kenne Tete ("Ayaks"), Stefan de Fray ("Latsio"), Qreqori van der Vil (PSJ)

Yarımmüdafiəçilər: İbrahim Afellay, Marko van Qinkel (hər ikisi "Stok Siti"), Vyurnon Anits, Georginio Viynaldum (hər ikisi "Nyukasl"), Deyli Blind ("Mançester Yunayted"), Nigel de Yonq ("Milan"), Davi Klasen, Cayro Ridavel, Coel Feltman (hamısı "Ayaks"), Aryen Robben ("Bavariya"), Uesli Sneyder ("Qalatasaray"), Paul Ferxaq ("Auqsburq")

Hücumçular: Kvinsi Prmos ("Spartak"), Memfis Depay ("Mançester Yunayted"), Bas Dost ("Volfsburq"), Klas-Yan Huntelar ("Şalke"), Lyuk de Yonq, Lusiano Narsinqx (hər ikisi PSV), Cermeyn Lens ("Sanderlend"), Robin van Persi ("Fənərbaxça")

Qeyd edək ki, Hollandiya "Avro-2016"nın seçmə mərhələsində çərçivəsində sentyabrın 3-ü İslandiyanı qəbul edəcək. Bundan üç gün sonra- sentyabrın 6-i isə Hollandiya millisi səfərdə Türkiyə ilə qarşılaşacaq.


Son xəbərlər