"Qalatasaray" "Real"dan futbolçu aldı - rəsmi

"Qalatasaray" "Real"dan futbolçu aldı - rəsmi
DÜNYA FUTBOLU 31 İyul 2015 / 21:32 13624
-  A +

"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Xose Rodriqes Martinesi heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Bu transfer üçün "Qalatasaray" ilkin mərhələdə futbolçusunun sabiq klubu "Real"a heç bir təzminat ödəməyəcək. X.R.Martines əsas heyətdə oynayacağı hər 30 matç üçün "Cim-Bom" Madrid klubuna 250 min avro təzminat ödəyəcək. Bundan başqa, "Real" mövsümün sonu 10 milyon avro ödəyərək oyunçunu geri ala bilər.


Qeyd edək ki, X.R.Martines ötən mövsüm icarə əsasında "Deportivo"da oynayıb.


Son xəbərlər