"Zalsburq" və "Bazel" qalib gəldi

"Zalsburq" və "Bazel" qalib gəldi
DÜNYA FUTBOLU 30 İyul 2015 / 01:55 28153
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”ın  oyunu ilə yanaşı daha beş görüş keçirilib.

Günün ilk matçı Finlandiyada baş tutub. Burada yerli HİK klubu “Astana”nı (Qazaxıstan) qəbul edib. Komandalar meydanı qolsuz tərk edib.

Ötən mövsüm “Qarabağ”ı Çempionlar Liqasında mübarizədən kənarlaşdıran “Zalsburq” öz meydanında İsveç çempionu “Malmö” ilə qarşılaşıb. Görüş Avsrtiya təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.

“Bazel” səfərdə “Lex”ə qalib gəlib – 3:1. “Rapid” - “Ayaks” oyununda isə 2:2 hesablı bərabərlik qeydə alınıb.

Qeyd edək ki, komandalar arsında cavab qarşılaşmaları avqustun 4-5-də keçiriləcək.





29 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları 
 
00:05. "Rapid" (Avstriya) - "Ayaks" (Hollandiya) - 2:2 
Qollar:
Klassen, 25 (0:1), 43 (0:2), Kainz, 48 (1:2), Berik, 76 (2:2)
Qırmızı vərəqə: Şvab, 59 ("Rapid")


23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol:
Boyata, 82 (1:0)

23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə) - 1:3
Qollar:
Lanq, 34 (0:1), Tomalla, 36 (1:1), Yanko, 77 (1:2), Kalla, 90+2 (1:3)
Qırmızı vərəqə: Kedziora, 66 ("Lex") 

21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan) - 0:0

22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) - 2:0
Qollar:
Ulmer, 51 (1:0), Hintereqqer, 89-pen (2:0)

23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya) - 1:1
Qollar:
Vuliçeviç, 62 (0:1), Muniru, 81 (1:1)


28 iyul

“Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1
Qollar:
Lujçik, 56-avtoqol, Vinikius, 89 (1:1)

“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç) - 1:1
Qollar:
Henrikez, 18 (1:0), Kamara, 21 (1:1)


“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna ) - 0:0

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)- 2:1
Qollar:
Mbombo, 10 (0:1), Berg, 37 (1:1), Karelis, 65 (2:1)


“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya) - 1:2
Qollar:
Mahmutoviç, 17 (0:1), Petrzela, 21 (0:2), İtzaki, 79 (1:2)

CSKA (Rusiya) - “Sparta” (Çexiya) - 2:2
Qollar:
Dzagoev, 14 (1:0), Fatai, 15 (1:1), Toşiç, 53 (2:1), Kreyçi,  57 (2:2)

“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) - 0:2
Qollar:
Salihi, 49 (0:1), 73-pen (0:2) 

“Midtilland” (Danimarka) - APOEL (Kipr) - 1:2
Qollar: 
Vinsenti, 30 (0:1), 33 (0:2), Poulsen, 88 (1:2)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa) - 1:3
Qollar:
Kurzaşa, 64 (0:1), Qarillo, 72 (0:2), Nuzollo, 74 (1:2), Pasalik, 75 (1:3)




Son xəbərlər