Çempionlar Liqasının III təsnifat mərhələsində 15 cütlük

Çempionlar Liqasının III təsnifat mərhələsində 15 cütlük
DÜNYA FUTBOLU 23 İyul 2015 / 11:30 9250
-  A +

Dünən Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, baş tutan 8 oyundan sonra III təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Üçüncü təsnifat mərhələsinin iştirakçıları arasında Azərbaycan çempionu "Qarabağ" da var. Ağdam təmsilçisi bu mərhələdə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq.

Üçüncü təsnifat mərhələsinin 5 cütü öncədən bəlli idisə, daha 10 cütü dünən keçirilən oyunlardan sonra müəyyənləşib.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları iyulun 28-29-da, cavab görüşləri isə avqustun 4-5-də keçiriləcək.

 

 

28-29 iyul, 4-5 avqust 

Çempionlar Liqası, III təsnifat mərhələsinin bütün cütlükləri

"Seltik" (Şotlandiya) - “Qarabağ” (Azərbaycan)

“Lex” (Polşa) - “Bazel” (İsveçrə)
 
“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya)
  
“Styaua” (Rumıniya) - “Partizan” (Serbiya)

HİK (Finlandiya) - “Astana” (Qazaxıstan)


“Midtilland” (Danimarka) - APOEL (Kipr)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya)
 
“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç)

“Videoton” (Macarıstan) - BATE (Belarus)

“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç)

 

“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

“Rapid” (Avstriya) - “Ayaks” (Hollandiya)

“Panatinaykos” (Yunanıstan) - “Brügge” (Belçika)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)

MOİK (Rusiya) - “Sparta” (Çexiya)


Son xəbərlər