Çempionlar Liqasında hakim təyinatları

Çempionlar Liqasında hakim təyinatları
DÜNYA FUTBOLU 13 Aprel 2015 / 12:02 5060
-  A +

Çempionlar Liqasında 1/4 final mərhələsinin sabah keçiriləcək iki oyunu üçün hakimlər müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, maraqla gözlənilən "Atletiko" (Madrid) - "Real" (Madrid) matçını serbiyalı Milorad Majiçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Sabahın digər oyunu - "Yuventus" - "Monako" qarşılaşmasına isə baş hakim qismində çexiyalı Pavel Kraloviç təyinat alıb.

Qeyd edək ki, hər iki görüş sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər