Diniyev getdi, “Terek” uduzdu

Diniyev getdi, “Terek” uduzdu
XƏBƏR 23 Oktyabr 2009 / 17:01 2185
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin “Terek”in əsas komandasına baş məşqçi təyin olunmasından sonra Qroznı klubunun əvəzedici heyəti bu gün Rusiya çempionatında ilk oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Terek” səfərdə “Krılya Sovetov”un qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Samara klubunun qollarına 47-ci dəqiqədə Klimeyev, 2 dəqiqə sonra isə Popov imza atıb. “Terek”in məğlubiyyətində komandanın 45-ci dəqiqədən meydanda azlıqda qalmasının da rolu olub. Mansur Soltayev komandasının çətin vəziyyətdə qoyub. Bununla da komandanın yeni baş məşqçisi, Şahin Diniyevin əvəzləyicisi Anzor İsmayılovun debütü uğursuz alınıb. Bu məğlubiyyətdən sonra “Terek” əvvəlki kimi 34 xalda qalıb.  


Son xəbərlər