Qvardiolanın 15 yaşlı gələcək ulduzu (FOTOLAR)

Qvardiolanın 15 yaşlı gələcək ulduzu (FOTOLAR)
DÜNYA FUTBOLU 5 Aprel 2015 / 12:41 5946
-  A +

“Bavariya”nın son məşqlərindən birində maraqlı hadisə baş verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Xosep Qvardiolanın tövsiyəsinə əsasən, Münhen klubunun aşağı yaş qrupu üzrə komandasından 15 yaşlı Toni Trogrançic A komandasının məşqinə qatılıb.

“Bavariya”lı ulduzlarla məşq edən 15 yaşlı orta xətt yarımmüdafiəçisi məşqdə göstərdiyi performansla diqqət çəkib.

Qeyd edək ki, Toni Trogrançicin yaxın 10 ildə dünya futbolunun ulduzları sırasına düşəcəyi təxmin edilir.

O, Avtriyanın “Zalsburq” komandasının aşağı yaş qrupunda oynayarkən kəşf edilib və “Bavariya”ya cəlb olunub. Bundan başqa, Xorvatiya millisində də oynayan Toni Trogrançic Almaniyanın aşağı yaş qrupu üzrə millisinə dəvət alıb.














Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər