Kosta hazırdır!

Kosta hazırdır!
DÜNYA FUTBOLU 3 Aprel 2015 / 19:29 3230
-  A +

"Çelsi"nin futbolçusu Dieqo Kosta zədəsini sağaldıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu artıq iki gündür komanda ilə ümumi məşqlər edir.

Onun "Stok Siti"yə qarşı İngiltərə Premyer Liqasının 31-ci turunda keçiriləcək matça hazır olduğu bildirilib.

Qeyd edək ki, D.Kosta martın 22-i "Stok Siti"yə qarşı oyunda zədələnmişdi. Bu səbəbdən onun adı İspaniya millisinin heyətindən çıxarılmışdı.


Son xəbərlər