Rodriqes hakimə qırmızı vərəqə göstərdi

Rodriqes hakimə qırmızı vərəqə göstərdi
DÜNYA FUTBOLU 5 Yanvar 2015 / 14:17 7167
-  A +

İspaniya La Liqasında dünən keçirilən "Valensiya" - "Real" matçında maraqlı hadisə baş verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın hakimi Manzanonun oyun zamanı cibindən yerə düşürdüyü qırmızı vərəqəni Madrid klubunun futbolçusu Xames Rodriqes götürüb. Kolumbiyalı hücumçu qırmızı vərəqəni hakimə göstərdikdən sonra onu referiyə verib. Rodriqesin bu hərəkəti gülüşlə qarşılanıb.

Qeyd edək ki, "Valensiya" - "Real" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər