İlin matçı

İlin matçı
ETOPAZ 11 Dekabr 2014 / 14:06 6449
-  A +

Bu həyəcanı da yaşadıq: komandamızın Avroliqanın pley-off mərhələsinin çıxıb-çıxmayacağının həyəcanını. Bizim üçün indiyədək tamamilə yad olan bir hissdir. Həmişə azarkeşlik etdiyimiz əcnəbi komandalar üçün sevinib - kədərlənmişik.
 
Avrokuboklara iyulda başlayıb, avqustda vidalaşan Azərbaycan klubları üçün qrup mərhələsi əlçatmaz olub, nəinki "qrup səddi"ni də aşıb pley-offa çıxmaq. "Qarabağ"ın sayəsində bizim azarkeş bu sevinci də, bu hissləri də yaşadı. Bu axşam komandamız olduqca vacib oyuna çıxacaq.

İtaliyanın məşhur "İnter" klubu üzərində qələbə ilə Azərbaycan futboluna yeni bir qızıl səhifə yazilacaq: komandamız Avroliqanın pley-off mərhələsində oynayacaq. Rəqibin Bakıya eksperimental heyətlə gəlməsi "Qarabağ" fanatlarının qələbə ümidlərini bir qədər də artırıb. Baxmayaraq ki, zədə üzündən braziliyalı üçlük - Cumbinyo-Dias-Reynaldo yenə mübarizədən kənarda qalacaq, azarkeşlərdə qələbəyə böyük inam var.

Bu inamın nəticəsidir ki, satışa çıxarılan 31 min biletin artıq hamısı satılıq qurtarıb. Dünya bukmeker kontorlarının oyunla bağlı müəyyənləşdirdiyi əmsallar da "Qarabağ"ın qələbəsinə inamı gücləndirib. Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az bu qarşılaşmada

Azərbaycan çempionunu favorit sayır. Komandamızın qələbə əmsalı 2.2-lə qiymətləndirilir. Heç-heçənin əmsalı 3.1, "İnter"in qələbə əmsalı isə 2.7-dir. www.etopaz.az saytında günün yeganə "tək oyun"u isə "Beşiktaş"-"Tottenhem" matçıdır. C qrupunda lideri müəyyənləşdirəcək bu qarşılaşma üçün www.etopaz.az saytının təklif etdiyi əmsallar belədir: "Beşiktaş"ın qələbəsi 1.85, heç-heçə 3.2, "Tottenhem"in qələbəsi 3.3.

www.etopaz.az saytının bu günkü proqramı bütünlüklə Avroliqa matçlarından ibarətdir. Bu qarşılaşmalardan 23-ü günün, biri - "Qarabağ"-"İnter" görüşü isə bizim üçün ilin matçıdır. Komandamıza uğurlar, www.etopaz.az üzvlərinə isə bol şanslar. Oynayın və qazanın.


Son xəbərlər