Sabah Bülənt Qorxmazın təqdimetmə mərasimi keçiriləcək

Sabah Bülənt Qorxmazın təqdimetmə mərasimi keçiriləcək
XƏBƏR 28 Sentyabr 2009 / 20:22 1799
-  A +

“Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz sabah ictimaiyyətə təqdim olunacaq. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli mütəxəssis “Meridian” oteldə rəsmi müqaviləyə imza atacaq. Daha sonra türkiyəli məşqçinin köməkçiləri də ictimaiyyətə təqdim olunacaq. Ardınca Bülənt Qorxmaz mətbuat konfransı keçirərək, jurnalistlərin suallarını cavablandıracaq.

Daha çox


Son xəbərlər