“Simurq”un prezidenti də çempionatda uzunmüddətli fasilənin əleyhinə çıxdı

“Simurq”un prezidenti də çempionatda uzunmüddətli fasilənin əleyhinə çıxdı
XƏBƏR 28 Sentyabr 2009 / 14:45 1754
-  A +

“Çempionatda yenidən, özü də uzunmüddətli fasilə yaranmasına münasibətim çox pisdir. Bəli, bundan əvvəlki təxirəsalma hardasa bizim üçün göydəndüşmə oldu. Çünki, mövsümə yaxşı başlamamışdıq və özümüzə gəlməyə, toparlanmağa ehtiyacımız var idi. Bu mənada, həmin təxirəsəlma bizim üçün faydalı oldu. Amma eyni sözləri bu dəfəki təxirəsalma haqqında deyə bilmərəm. İndiki halda çemponatda bu qədər fasilə yaranması heç cür bizə sərf etmir”. Bu sözləri Qol.Az-a açıqlamasında millinin oyunları ilə əlaqədar çempionatda 21 günlük fasilə yaranmasına etiraz edən “Simurq”un prezidenti Zaur Məmmədov deyib. O, bu amilin komandalarının əleyhinə işləyəcəyini də istisna etməyib: “Hazırda komandamız əla formadadır. Ardıcıl olaraq qələbələr qazanırıq. İndi bu qədər müddətə fasilə elan etdilər. Biz də məcburuq futbolçularımızı ən azı 4-5 günlüyə məzuniyyətə buraxaq. Həmin məzuniyyət vaxtı da hərə bir tərəfə gedəcək, legionerlər öz ölkələrinə yollanacaqlar. Onlara nəzarət edə bilməyəcəyik. Məzuniyyətdən sonra istər-istəməz formalarını itirəcəklər, 1-2 kilo artıq çəki alacaqlar”.

 

Daha çox


Son xəbərlər