“Xəzər-Lənkəran”dan qovulan məşqçi: “Azarkeşlər bir söyürdüsə, Cabbarov ikiqat cavab verirdi”

“Xəzər-Lənkəran”dan qovulan məşqçi: “Azarkeşlər bir söyürdüsə, Cabbarov ikiqat cavab verirdi”
XƏBƏR 28 Sentyabr 2009 / 12:15 1798
-  A +

Cümə günü UniBank Premyer Liqasının əvəzedici komandaları arasında keçirilən “Xəzər-Lənkəran”-“Muğan” oyunundan sonra görüşün baş hakimi Rauf Cabbarovun döyülməsi məsələsinə lənkəranlıların sabiq baş məşqçisi Fazil Əsədov da münasibət bildirib. Qol.Az-ın məlumatına görə, o, referinin də başverənlərdə günahkar olduğunu deyib: “Öncə onu deyim ki, bu məsələ çox şişirdilib və dediyiniz qarşılaşmadan sonra hakimin döyülməsi söhbəti olmayıb. Çünki onlar güclü mühafizə olunurdular. Düzdür, oyunun gedişində azarkeşlər hakimlərə hədə-qorxu gəlirdilər. Amma hədə-qorxu gəlməklə döymək arasında xeyli fərq var. Bir də onu deyim ki, əgər azarkeşlər bir söyürdüsə, Cabbarov onlara ikiqat söyüşlə cavab verirdi”.


 

Daha çox


Son xəbərlər