Azərbaycanla qarşılaşma Albaniya yığmasının baş məşqçisi Ari Haan üçün əlamətdar olacaq. “APA-Sport”un məlumatına görə, hollandiyalı mütəxəssis noyabrın 19-da keçiriləcək yoldaşlıq görüşü ərəfəsində yubileyini qeyd edəcək. 60 yaşı tamam olacaq Haan ad gününü Bakıdakı qələbə ilə qeyd etmək istəyir: “Təbii ki, 60 illik yubileyim də mənim üçün əhəmiyyət kəsb edir. Lakin indi ad günümü düşünmürəm. Çünki ilk növbədə Azərbaycan yığmasına qalib gəlməyimizdir. Həm də uzun fasilədən sonra Berti Foqtsa yenidən rəqib olmağın özü də maraqlıdır. Biz onunla çoxdan rəqib olmuşuq. Məşqçilərin bu yaxınlarda Vyanada təşkil olunan konqresində də söhbətləşdik. İndi o mənim həmyerlim olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddinklə seçmə mərhələnin oyununda qarşılaşacaq”. Qeyd edək ki, 60 yaşlı Ari Haan futbolçu kimi, 1974 və 1978-ci illərdə dünya çempionatının gümüş medalını qazanıb.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"