Rəşad Sadıqov “Qəbələ”yə qarşı oynamağa hazırdı

Rəşad Sadıqov “Qəbələ”yə qarşı oynamağa hazırdı
XƏBƏR 21 Sentyabr 2009 / 14:28 1843
-  A +

Uzun müddətdir zədədən əziyyət çəkən “Qarabağ”ın və Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov çərşənbə günü keçiriləcək  Azərbaycan Premyer Liqasının birinci turundan təxirə salınmış “Qəbələ” matçında meydana çıxa biləcək. Bu haqda məlumatı Qol.Az-a Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl verib. Çəlikəl Rəşadın artıq heç bir probleminin qalmadığını bildirib: “Rəşadın durumu tam qaydasındadır. O, sağalıb və oynamağa tam hazırdır. Əgər baş məşqçi meydana buraxamağa qərar verərsə, “Qəbələ”yə qarşı oynaya biləcək”.

 

Daha çox


Son xəbərlər