Ağasəlim Mircavadov: “Bu qədər imkanı necə boşa vermək olar?”

Ağasəlim Mircavadov: “Bu qədər imkanı necə boşa vermək olar?”
PREMYER LİQA 19 Sentyabr 2009 / 19:56 3341
-  A +

“Bu gün növbəti dəfə yaxşı dərs aldıq. Başa düşə bilmirəm ki, bu qədər imkanı necə boşa vermək olar?” Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis xal itkisini qanunauyğunluq kimi dəyərləndirib: “Bugünkü xal itkisi qanunauyğunluqdur. Çünki bu qədər imkanı əldən verdikdən sonra mütləq cəzalanmalısan. Belə də oldu. Futbolçular əllərinə düşən imkanların yarısından istifadə etsəydilər, biz asan qələbə qazanardıq”.


Son xəbərlər