Yunis Hüseynov: “Almaniya ilə oyundan nə möcüzə gözləyirəm, nə də xal”

Yunis Hüseynov: “Almaniya ilə oyundan nə möcüzə gözləyirəm, nə də xal”
XƏBƏR 9 Sentyabr 2009 / 19:01 1835
-  A +

“Almaniya ilə oyundan nə möcüzə gözləyirəm, nə də xal. Boş xəyallar qurmaq lazım deyil. Rəşad Sadıqovun olub-olmaması da müdafiə xəttinin oyununa təsir etməyəcək. İstənilən halda, oyunu uduzacağıq”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Hüseynov Berti Foqtsun son açıqlamalarını da tənqid edib: “Eşitdiyimə görə, Foqts deyirmiş ki, Almaniyada yaxşı stadionlar var, qoy, azərbaycanlı jurnalistlər bunu yazsın biz də burda stadion tikək. Belə çıxır , biz bilmirik ki, futbol oynamaq üçün stadion tikmək lazımdır? Bura gəlib bizə ağıl öyrətmək lazım deyil , biz də bilirik ki, futbolu stadionda oynayırlar. Milli komandanı inkişaf etdirmək lazımdır, qoy gedib öz üzərinə düşən işi görsün”.

Daha çox


Son xəbərlər