Almaniya - Azərbaycan oyunu canlı yayımlanacaq

Almaniya - Azərbaycan oyunu canlı yayımlanacaq
XƏBƏR 7 Sentyabr 2009 / 16:19 2145
-  A +

Sentyabrın 9-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Hannover şəhərində keçiriləcək Almaniya - Azərbaycan oyunu canlı yayımlanacaq. Bu haqda  Qol.Az-ın müxbiriylə söhbətində Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib. Onun sözlərinə görə, sözügedən qarşılaşma həm AzTV, həm də “Idman-Azərbaycan” kanalı vasitəsiylə canlı yayımlanacaq. Lakin matçın peyk vasitəsiylə yayımlanıb-yayımlanmayacağı yalnız oyun günü məlum olacaq.   


Son xəbərlər