"Neftçi"nin qapıçısı İran komandasına keçdi

XƏBƏR 7 Sentyabr 2009 / 15:55 2072
-  A +

"Neftçi"nin qapıçısı Ruslan Məcidov  Təbrizin "Poladgöstər" futbol klubu ilə birillik müqavilə imzalayıb". "Trend"in İranın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təbriz klubunun direktoru Cəmşid Xətibi bildirib. Xətibi əlavə edib ki, Məcidov "Poladgöstər" komandasının məşqlərində iştirak edib və baxışda özünü yaxşı göstərib: "Məcidovla müqavilə imzalamaqla komandanın tərkibini təkmilləşdirmişik. İndiyədək 21 oyunçu ilə müqavilə imzalamışıq".

"Poladgöstər" İranda birinci dəstədə oynayır.

 

Daha çox


Son xəbərlər