Lənkəranda biletlər qiymətindən baha satıldı

XƏBƏR 4 Sentyabr 2009 / 18:00 1882
-  A +

Sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lənkəran şəhər stadionunda baş tutacaq Azərbaycan-Finlandiya matçına çıxarılan bütün biletlər öz sahibini tapıb. Qol.Az-ın Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, satılan biletlər dəyərindən baha qiymətə olub. 2 manatlıq biletlər 4, 5 manatlıq biletlər isə 8 manata satılıb. Xatırladaq ki, AFFA Finlandiya ilə matç üçün 12 min bilet sifariş etmişdi.

Daha çox


Son xəbərlər