"Olimpik-Şüvəlan" rəqibini darmadağın etdi

XƏBƏR 31 Avqust 2009 / 11:18 1687
-  A +

Premyer Liqanın növbəti turuna hazırlığı davam etdirən "Olimpik-Şüvəlan" növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, "Şəfa" stadionunda "Ədliyyə"ni qəbul edən Əsgər Abdullayevin yetirmələri rəqibi qol yağışına tutub. Oyunda hesabı Ramaz Cabnidze açıb. Fasiləyə qədər daha iki qol vuran Cabnidze darmadağının əsasını qoyub. Daha sonra Anatoli Doroş qonaqların qapısından iki top keçirib. Abdulkadır Kamaranın penaltidən fərqlənməsindən sonra qarşılaşmada son nöqtəni Roman Qoqinaşvili qoyub. Beləliklə də, "Olimpik-Şüvəlan" "Ədliyyə" klubunu 7:0 hesabı ilə məğlub edib.
 
 
 
 

 

Daha çox


Son xəbərlər