“Gəncə”nin oyunu niyə təxirə salındı?

XƏBƏR 25 Avqust 2009 / 13:07 1826
-  A +

Birinci diviziona hazırlaşan “Gəncə”ylə “ABN-Bərdə” arasında baş tutmalı olan yoldaşlıq görüşü baş tutmayıb. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində “Gəncə”nin prezidenti Elmir Əliyev məlumat verib: “Püşkatmadan öncə bərdəlilərlə yoldaşlıq görüşü keçirmək barədə anlaşmışdıq. Amma iş elə gətirdi ki, ilk turda yəni, sentyabrın 5-də onlarla oynayası olduq. Belədə qısa vaxtda eyni rəqiblə iki matç keçirməyə ehtiyac görmədik. “ABN-Bərdə” rəhbərliyi də bu addımımızı anlayışla qarşıladı”.

 

Daha çox


Son xəbərlər