“Qızıl top”la bağlı qalmaqal

“Qızıl top”la bağlı qalmaqal
DÜNYA FUTBOLU 15 Yanvar 2014 / 11:17 5284
-  A +

İki gün əvvəl nəticələri açıqlanan “Qızıl top” mükafatının səsverməsi ilə bağlı qalmaqal yaradacaq hadisə baş verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Qətər millisinin baş məşqçisi Fаhад Əl-Zarraa bəyan edib ki, öz şəxsi istəyi ilə dünyanın ən yaxşı futbolçusu adını qazanan Kriştiano Ronaldoya səs verməyib.

"Qətər Futbol Federasiyasının prezidenti mənə dedi ki, səsini Ronaldoya ver, mən də bunu etdim” – deyə o qeyd edib.

Bildirib ki, belə bir addım atmasına FİFA prezidenti Yozef Blatterin nüfuzunun bərpasına kömək etmək olub: “Bununla Blatterə 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsinə yardım etdiyi üçün təşəkkürümüzü ifadə etdik”.

Xatırladaq ki, “Qızıl top”u Ronaldonun qazanmayacağı halda FİFA-nın nüfuzuna ciddi zərər dəyəcəyi barədə söhbətlər dolaşırdı.

 


Son xəbərlər