“Turan” iki futbolçunu geri göndərdi

XƏBƏR 31 İyul 2009 / 11:58 1854
-  A +

Hazırlıq prosesini Tovuzda davam etdirən “Turan”ın düşərgəsini biri əcnəbi olmaqla 2 futbolçu tərk edib. Qol.Az-ın məlumatına görə, məşqçilər korpusu Elnur İmamquliyevlə moldovalı Roman Quşanın hazırlıq səviyyəsindən narazı qaldıqlarından, hər iki oyunçu geri göndərilib. Düşərgədə baxışda olan iranlı legionerlər haqda isə hələ qərar qəbul olunmayıb. Bu gün və sabah kluba daha bir neçə leginer baxışa gələcək. Onların kimliyi məlum deyl. Qeyd edək ki, iranlılardan başqa qərb təmsilçisinin düşərgəsindədə türkiyəlilər Çağdaş Hançar və Burak Kırıkçı, gürcüstanlılar Besarion Kadavayev, Givi Çxetiani, moldovalı Aleksandr Zislis və braziliyalı Junivan Suares baxışdadır.


Son xəbərlər