Milli komandamızın kapitanı “Bavariya”ya qarşı oynayacaq

XƏBƏR 30 İyul 2009 / 10:54 2206
-  A +

Futbol üzrə 19 yaşlı qızlardan ibarət milli komandamızın 5 üzvü - kapitan Anna Ələkbərova, Yekatirina Nosova, İna Boykon, Qalina Komorova və Tamara Storovoytova Litvanın “Gintra Universitetas” klubu ilə müqavilə imzalayıb. İlk 3 futbolçunun adı Litva çempionunun UEFA-ya göndərdiyi iştirak ərizəsinə də daxil edilib. Millimizin üzvləri “Gintra Universitetas”ın heyətində Çempionlar Liqasının seçmə mərhələsində çıxış edəcəklər. Litva çempionu Çempionlar Liqasının seçmə mərhələsində ilk oyununu bu gün Gürcüstan çempionu “Norçi”yə qarşı keçirəcək. Avqsutun birində millimizin üzvləri Şotlandiya “Qlazqo”suna, 3 gün sonra isə Almaniyanın məşhur “Bavariya” klubuna qarşı oynayacaqlar.

Mənbə: “Futbol dünyası”    

 


 

Daha çox


Son xəbərlər