İlin son avrokubok oyunları

İlin son avrokubok oyunları
ETOPAZ 12 Dekabr 2013 / 13:18 2756
-  A +

Çempionlar Liqasının ardınca bu axşam Avropa Liqasında da qrup mərhələsinə yekun vurulacaq. Məhz bu görüşlərdən sonra pley-off mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşəcək. Qrup mərhələsinin son 26 matçının hamısı www.etopaz.az saytının bu günkü proqramında yer alıb.

Bu qarşılaşmalardan dördünə www.etopaz.az saytında "tək oyun" kimi mərc etmək olar. "Tək" mərc edə biləcəyiniz oyunlardan ilk olaraq saat 22-də PSV - "Çernomorets" (Odessa) 0qarşılaşması başlayacaq. Bu komandaların yer aldığı qrupda Bolqarıstanın "Ludoqorets" klubu gözlənilmədən rəqiblərini üstələyərək "pley-off"a ilk vəsiqənin sahibi olub.
Hərəyə 7 xal toplayan "PSV Eydhoven"lə "Çernomorets" isə son turda 2-ci yer uğrunda "ölüm-dirim" matçına çıxmalıdır. Bu komandaların Ukraynada baş tutan duelində hollandlar 2:0 hesablı qələbə qazanmışdı. Bununla belə, "PSV" əvvəlkitək əzəmətli və qorxulu deyil. Eyndhoven təmsilçisi olduqca uğursuz mövsüm keçirir və son 10 oyundan yalnız birində qalib gəlməsi də bu fikrin təsdiqi sayıla bilər. www.etopaz.az saytında qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiniz:
 
"PSV"nin qələbəsi 1.5, heç-heçə 3.7, "Çernomorets"in qələbəsi 4.6.
Gecənin digər 3 "təkli oyunu" isə saat 00:05-də başlayacaq. Portuqaliyada "Gimaraeş"in qonağı olacaq "Lion"artıq pley-offa vəsiqəni təmin edib. Portuqallar isə yoluna davam etmək üçün mütləq qalib gəlməlidir. Elə buna görə də axşamkı görüşdə www.etopaz.az saytının meydan sahiblərini favorit sayması başa düşüləndir: "Gimaraeş"in qələbəsi 2.2, heç-heçə 3.1, "Lion"un qələbəsi 2.7.

J qrupunda keçiriləcək "Latsio"-"Trabzonspor" matçı yalnız qrup liderini müəyyənləşdirmək baxımından önəmlidir. Trabzonlular 13 xalla qrupa başçılıq edir, "Latsio" türklərdən 2 xal geri qalır. Digər 2 komanda isə artıq pley-offdan əlini üzüb. Romanın "Olimpiya" stadionunda baş tutacaq "zirvə döyüşü" üçün www.etopaz.az saytının müəyyənləşdirdiyi əmsallar belədir: "Latsio"nun qələbəsi 1.6, heç-heçə 3.5, "Trabzonspor"un qələbəsi 4.1.

Yunanıstanda keçiriləcək PAOK - "AZ Alkmaar" görüşü də www.etopaz.az saytında gecənin "tək oyun"larındandır. Hər iki komandanın aktivində 11 xal var və digər rəqibləri üçün əlçatmazdır. Qalib tərəf isə pley-offa qrup lideri kimi yüksələrək növbəti mərhələdə nisbətən əlverişli rəqiblə qarşılaşmaq imkanı qazanacaq. www.etopaz.az saytının bu duel üçün təklif etdiyi əmsallar belədir: PAOK-un qələbəsi 1.4, heç-heçə 3.8, "AZ Alkmaar"ın qələbəsi 5.8.

Beləliklə, www.etopaz.az saytında bu axşam da seçim genişdir. 2013-cü ilin son avrokubok oyunlarının həyəcanını bizimlə yaşayın. Unutmayın, www.etopaz.az təkcə həyəcanlandırmır, həm də qazandırır. Siz də qazananlardan olun. Bol şanslar!!!


Son xəbərlər