"Qarabağ" "Antalyaspor"dan cavab gözləyir

XƏBƏR 28 İyun 2009 / 17:37 2248
-  A +

Avroliqanın və yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Qarabağ" hələ ki yoxlama oyunu keçirməyib. Halbuki Ağdam klubunun "Antalyaspor" klubu ilə qarşılaşacağı gözlənilirdi. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-ın müxbiriylə söhbətində bildirdi ki, "Antalyaspor"la oyun baş tutacaq. Lakin matçın konkret vaxtı hələ məlum deyil: "Antalyaspor"la danışığımız olub, razılaşmışıq. Sadəcə olaraq oyunun dəqiq vaxtı hələ məlum deyil. Onlar istəyirdilər ki, biz gedib, Antalyada oynayaq. Lakin bu variantla razılaşmadıq. İndi onlardan cavab gözləyirik. "Antalyaspor" bura gəlməlidir".    

Daha çox


Son xəbərlər