Yağış “Qarabağ”a mane ola bilmir

XƏBƏR 28 İyun 2009 / 13:11 1803
-  A +

“Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Qızılcahamamda gündə 2 dəfə çalışmalarını davam etdirən Ağdam klubu səhər hazırlığında təxminən 2 saat məşq edib. Admir Teli, Vaqif Cavadov, Aftandil Hacıyevın ayrı məşq etdiyi çalışmada öncə əl topu oynayan futboçular sonra taktiki çalışma yerinə yetirib. Müxtəlif taktiki çalışmalar yerinə yetirilərkən baş məşqçi Qurban Qurbanov çalışmanı tez-tez yarıda kəsərək lazımi göstərişlərini verirdi.
Qızılcahamamda qeyri-stabil hava durumu davam edir. Belə ki, demək olar ki, hər gün yağışların davam etməsi müəyyən çətinliklər yaratsa da, “Qarabağ”ın futbolçuları buna məhəl qoymur. Günorta leysan yağış yağsa da, futbolçular şövqlə məşq ediblər.

 

Daha çox


Son xəbərlər