“Xəzər-Lənkəran” iki transfer reallaşdırdı

“Xəzər-Lənkəran” iki transfer reallaşdırdı
XƏBƏR 24 İyun 2009 / 20:17 2135
-  A +

“Xəzər Lənkəran” Ağasəlim Mircavadovun baş məşqçi postuna gəlişindən sonra ilk transferlərini reallaşdırıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ötən mövsümü “Olimpik”in heyətində keçirən gənc Nizami Hacıyevlə Zabit Səfərov artıq cənub klubuyla müqavilə bağlayıblar. Nizami müxtəlif vaxtlarda “İnter” və “Olimpik”in, Azərbaycanın gənclərdən ibarət milli komandasının şərəfini qoruyub. Cari ilin fevral ayında futbolçunun 21 yaşı tamam olub. Həmkarından bir yaş böyük olan qapıçı Zabit isə hündür boyu ilə seçilir - 190 sm.

Daha çox


Son xəbərlər