Avrokuboklarda ilk olaraq mübarizəyə “Simurq” başlayacaq

XƏBƏR 24 İyun 2009 / 14:00 1811
-  A +

Bu gün UEFA Avropa Liqası birinci təsnifat mərhələsi çərçivəsində "Simurq" (Zaqatala, Azərbaycan) - "Bney Yehuda" (Tel-Əviv, İsrail) matçının ilk oyununun başlama vaxtı məlum olub. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, görüş iyulun 2-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Oyuna giriş pulsuz olacaq. “Simurq” qarşıdakı matçda zaqatalalı azarkeşlərin dəstəyindən məhrum olmayacaq. Sevimli futbolçularının Avropa arenasında ilk oyununa canlı tamaşa etmək istəyən zaqatalalı futbolsevərlər üçün “Simurq” klubu sürpriz hazırlayıb. İyulun 2-i “Simurq”u dəstəkləmək üçün 5 avtobus azarkeş Zaqataladan Bakıya gələcək.

Daha çox


Son xəbərlər