İlqar Qurbanov milli komandaya qayıtmağa hazırdır

XƏBƏR 23 İyun 2009 / 16:47 1868
-  A +

İlqar Qurbanov yenidən Azərbaycan milli komandasının şərəfini qorumağa hazırdır. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində gənc futbolçunun özü məlumat verib: “Bilirəm ki, Vaqif Sadıqov Azərbaycan milli komandasındа baş məşqçi Berti Foqtsun birinci köməkçisi təyin olub. Əgər, o, mənə müracitə etsə və milli komandadakı çıxışımı davam etdirməyimi istəsə, Azərbaycan millisinə qayıtmağa hazıram. Çünki milli komanda təkcə bir nəfərin yox, ümumilikdə bütün ölkənin, dövlətindir. Orada oynamağı hər bir futbolçu kimi mən də özümə şərəf hesab edirəm. Bir daha deyirəm, təklif olacağı halda, məmnuniyyətlə milli komandada çıxış etməyə hazıram”.
Xatırladaq ki, bir müddət əvvəl Berti Foqts İlqar Qurbanovun bir daha milliyə çağırılmayacağını, futbolçu özü isə alman mütəxəssisin rəhbərliyi altında komandada oynamayacağını bildirmişdi.

 

Daha çox


Son xəbərlər