“Bakı” Litvaya Bakıdan yollanacaq

XƏBƏR 23 İyun 2009 / 11:45 2097
-  A +

Dünən Çempionlar Liqasında “Ekranas”la qarşılaşacağı məlum olan “Bakı” ilk oyununu səfərdə keçirəcək. “Zolaqlılar”ın Litvaya birbaşa hazırlıq keçdiyi Sloveniyadan yollanacağı deyilsə də, bu baş verməyəcək. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “zolaqlılar” səfərə Bakıdan yollanacaqlar. “Bakı” iyulun 10-da təlim-məşq toplanışını başa vuraraq, geri qayıdacaq. İyulun 12-də isə komanda Litvaya yollanacaq. Xatırladaq ki, “Ekranas” - “Bakı” oyunu iyulun 14-də keçiriləcək.

Daha çox


Son xəbərlər