“Qarabağ”ın kapitanı: “Bizim "Rusenborq"dan bir üstünlüyümüz odur ki..."

“Qarabağ”ın kapitanı: “Bizim "Rusenborq"dan bir üstünlüyümüz odur ki..."
XƏBƏR 22 İyun 2009 / 18:14 2182
-  A +

“Mən elə düşünürəm ki, rəqibimiz “Rusenborq” olacaq. Çünki onlar çox güclüdür və yəqin ki, Farer adalarının komandasını çətinlik çəkmədən keçəcəklər”. Bu sözləri Qol.Az-a “Qarabağ”ın kapitanı Aslan Kərimov deyib. O, bəxtlərinə güclü komanda düşdüyünü etiraf edib: “Əlbəttə, yaxşı olardı ki, daha  münasib rəqiblə qarşılaşardıq. Çünki, orada “Rusenborq”dan zəif komandalar var idi. Amma neyləmək olar? Bəxtimiz bu dəfə belə gətirdi. Norveç futbolunun gücünü hamı bilir. “Rusenborq” xüsusi qeyd olunası rəqibdir. Əsas üstünlükləri ikinci mərtəbədə yaxşı oynamalarıdır. Yəqin ki, məşqçilərimiz Türkiyə toplanışında buna uyğun hazırlıq planı tərtib edəcəklər. Bizim Norveç klubundan bir üstünlüyümüz odur ki, ilk oyun öncəsi onların farerlilərlə keçirəcəkləri oyunların kasetini əldə etmək imkanımız olacaq”. Kərimov ilk oyunun evdə, yaxud, səfərdə keçirilməsinin ciddi əhəmiyyət daşımadığını düşünür: “Bilirsiniz, şəxsən bir futbolçu kimi, belə şeylərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Onsuz həm səfərdə, həm də evdə oynayacaqsan. Belə olan halda, onun nə əhəmiyyəti var ki, ilk matçı evdə oynadın, ya, səfərdə?”.  

 


Son xəbərlər