"Simurq" Avroliqadakı rəqibi ilə ilk görüşünü keçirdi

"Simurq" Avroliqadakı rəqibi ilə ilk görüşünü keçirdi
XƏBƏR 22 İyun 2009 / 17:41 2011
-  A +

“İsrail klubu çox güclüdür. Artıq onlar haqqında müəyyən məlumatlar toplamışam. Eyni zamanda nümayəndələri ilə də görüşümüz oldu. Onları yeni yaranmış komanda adlandırmaq olmaz. 1935-ci ildən fəaliyyət göstərirlər. Yəni, ənənsəi olan klubdur. Hazırda İsrail çempionatında 4-cü pillədə qərarlaşıblar. Həm fiziki-atletik, həm də, texnikalı futbolu ilə seçilən futbolçuları var”. Bu sözləri Qol.Az-a hazırda İsveçrədə olan “Simurq”un prezidenti Zaur Məmmədov deyib. Məmmədovun sözlərinə görə ilk matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi  İsrailin “Bney İequda” klubuna əlavə üstünlük verir: “Təbii, ilk matçı səfərdə keçirmək həmişə yaxşıdır. Bu mənada israillilərin ilk matç öncəsi hardasa əlavə üstünlük qazandığını demək olar. Bununla belə, rəqibdən çəkinmirik və hər iki oyunda bütün gücümüzlə mübarizə aparacağıq ki, mərhələni keçən tərəf biz olaq”.

Daha çox


Son xəbərlər