Əmrah Çəlikəl: “Rəşad Sadıqov mənə Azərbaycanda yox, Türkiyədə oynamaq istədiyini dedi”

Əmrah Çəlikəl: “Rəşad Sadıqov mənə Azərbaycanda yox, Türkiyədə oynamaq istədiyini dedi”
XƏBƏR 22 İyun 2009 / 14:22 2287
-  A +

“Rəşad Sadıqovla təkcə baş məşqçimiz Qurban Qurbanovun yox, mənim də gözəl münasibətimiz var. Nə zaman görüşürük, səmimi söhbətimiz olur. Amma bu, o demək deyil ki, Rəşad “Qarabağ”da oynayacaq, yaxud, bizim kluba keçəcək”. Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan milli komandasının kapitanı və müdafiəçisi Rəşad Sadıqovun “Qarabağ”a transfer olunacağına dair yayılan məlumata münasibət bildirən Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. Çəlikəl bununla bağlı yayılan xəbərləri təkzib edib. Bununla belə, klub rəsmisi Rəşad kimi futbolçunu komandasında görmək istəyini də gizlətməyib: “Rəşad kimi futbolçunu hamı komandasında görmək istəyər. Onun “Qarabağ”da oynaması bizim üçün böyük şərəf olardı. Amma sizi əmin edirəm, belə bir söhbət yoxdur və Sadıqovun klubumuza keçidi ilə bağlı heç bir danışığımız olmayıb. Əksinə, Rəşad mənimlə son söhbətində dedi ki, o, karyerasını Azərbaycanda yox, Türkiyədə davam etdirmək istəyir və oraya qayıdacaq”.

 

Daha çox


Son xəbərlər