Nazim Əliyev “Terek”in məşqçisi təyin olundu

Nazim Əliyev “Terek”in məşqçisi təyin olundu
XƏBƏR 19 İyun 2009 / 19:04 2447
-  A +

Azərbaycanın milli futbol çempionatlarının ən sərrast bombardiri, olimpiya millimizin sabiq baş məşqçisi Nazim Əliyevin rəsmən Qroznının “Terek” klubunda işləyəcəyi dəqiqləşdi. Bu məlumatı Qol.Az-a veteran hücumçu özü verib: “Bəli, artıq bundan sonra Rusiyanın “Terek” klubunun əvəzedici komandasında Şahin Diniyevin köməkçisi vəzifəsində çalışacam. Bir neçə gün bundan əvvəl Qroznıda oldum, yerli şəraitlə tanış oldum və hər şey məni qane elədi. Düzü, rəsmi müqavilə bağlamadıq. Yəni, sovet dövründə olduğu kimi, danışıb, razılaşdıq və “Terek”də işləyəcəyim təstiqləndi. Odur ki, geri qayıdan kimi, “Olimpik”in düşərgəsinə getdim və ərizəmi yazaraq könüllü surətdə oradan ayrıldım. Onsuz 4 ay idi maaşımı da ala bilmirdim”.

 

Daha çox


Son xəbərlər