Ağasəlim Mircavadovun gəlişi “Xəzər-Lənkəran"ın planlarını dəyişdi

XƏBƏR 18 İyun 2009 / 15:17 2203
-  A +

Baş məşqçi postuna Ağasəlim Mircavadovun təyinatından sonra “Xəzər Lənkəran”ın növbəti mövsümə hazırlıq planında da dəyişiklik baş verib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 24-də komanda bir araya gələrək paytaxtın “Kayzer” mehmanxanasında məskunlaşacaq. Növbəti beş gün futbolçular tibb müayinədən keçəcək və “Ədliyyə” stadionunda formalarını bərpa etməyə başlayacaqlar.

Hazırlığın əsas mərhələsi isə iyunun 29-da başlayacaq. Həmin gün Türkiyənin Bolu şəhərində komandanın 16 günlük təlim-məşq toplanışı başlayacaq. Məşqçilər korpusu məhz bu toplanışda yeni mövsüm üçün komandanın oyun üslubunu, güvənəcəyi oyunçuları müəyyənləşdirməyə çalışacaq. Daha sonra Azərbaycana qayıdan “Xəzər Lənkəran”lı futbolçulara bir neçə gün istirahət etmək imkanı veriləcək. Növbəti dəfə Lənkəranda bir araya gələcək və burada keçiriləcək qısamüddətli toplanışın ardından komanda hazırlığını yenə xaricdə davam etdirəcək.   

Mircavadovun planına əsasən komanda avqustun 7-də yenidən vətənə dönəcək və startı ayın 14-16-na nəzərdə tutulan Azərbaycan Premyer-liqasının ilk oyununa hazırlıq Lənkəranda davam etdiriləcək.  

Daha çox


Son xəbərlər