Həmyerlimiz Ukrayna çempionatında son oyununu keçirdi

XƏBƏR 18 İyun 2009 / 14:28 2029
-  A +

Həmyerlimiz - Ruslan Zeynalovun çıxış etdiyi Ukraynanın “Desna” klubu birinci divizonun son turunda “Sevastopol”un qəbul edib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Desna” mövsümü major notda bitirə bilməyib. “Sevaspotol”la matç 1:1 hesabı ilə başa çatıb. Ruslan Zeynalov meydana start heyətində çıxış və 90 dəqiqə forma geyib.
Bu heç-heçədən sonra xallarının sayını 47-ə yüksəldən “Desna” mövsümü yeddinci pillədə başa avurub. Buna görə də “Desna” Ukrayna çempionatının güclülər dəstəsinə yüksələ bilməyib.

Daha çox


Son xəbərlər