Moldova millisinin baş məşqçisi: “Azərbaycan komandası çox güclü idi”

XƏBƏR 17 İyun 2009 / 18:18 2114
-  A +

“Qarşılaşma, gözlənildiyi kimi, gərgin keçdi. Futbolçularıma isə heç bir iradım yoxdur, çünki Azərbaycan komandası çox güclü idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün  «FA of Moldova Cup» turniri çərçivəsində Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına 1:2 hesabı ilə məğlub olan Moldovanın analoji yaş qrupundan olan millisinin baş məşqçisi Sergey Kleşçenko deyib. O, futbolçularımızın moldovanlardan güclü olduğunu etiraf edib: “Onlar texnikalı və surətli oyunları ilə nəyə qadir olduqlarını göstərdilər. Kazım Kazımlını isə xüsusilə qeyd etmək istərdim”.

 

Daha çox


Son xəbərlər