İlqar Qurbanovun “Sivasspor”da qalıb-qalmayacağı məlum deyil

XƏBƏR 17 İyun 2009 / 12:36 2160
-  A +

Həmyerlimiz İlqar Qurbanovun “Sivasspor”da qalıb qalmayacağı məlum deyil. Bu məlumatı Qol.Az-a Türkiyə klubunun mətbuat xidmətindən veriblər. Adını açıqlamayan klub nümayəndəsi komandanın hazırda Sivasda yox, İzmirdə, təlim-məşq toplanışında olduğunu bildirdi. Onun sözlərinə görə, həmyerlimizin “Sivasspor”da qalıb qalmayacağı hələlik bilinmir. Heç İlqarın hazırda klubun düşərgəsində olub-olmadığı da dəqiq bilinmir. “Sivasspor” nümayəndəsinin sözlərinə görə, heyətdə kimin qalıb-qalmayacağına klubun baş məşqçisi Bülent Uyqun qərar verəcək.

Qeyd edək ki, son mövsümü icarə əsasında birinci divizion təmsilçisi “Boluspor”da keçirən İlqar müqavilə əsasında “Sivasspor”a məxsusudur. 

 

Daha çox


Son xəbərlər